Yaşadığınız yerdən asılı olaraq, fəsilləri fərqli yaşayırsınız. Dünyada müxtəlif ölkələrin sakinləri dəyişən fəsillərin kifayət qədər aydın əlamətlərini müşahidə edirlər. Havanın temperaturu, yağıntıların miqdarı fəsillərlə birlikdə əhəmiyyətli dərəcədə dəyişir. Ölkəmizdə il ərzində dörd fəsil müşahidə olunur.
Banqladeşdə isə altı rəsmi fəsil var: yay, yağışlı mövsüm, payız, gec payız, qış və yaz. Banqladeşin iqlimi bir hədiyyədir: yaydan sonra musson mövsümü gəlir. Bu, çox isti və rütubətli vaxtdır, bu zaman o qədər yağış yağa bilər ki, daşqın baş verə bilər. Həm iqlim, həm də insan fəaliyyətinin dağıdıcı təsirləri nəticəsində yaranan siklonlar, tornadolar və digər fəlakətlər kimi bu ölkədə daşqınlar tez-tez baş verir.
Nubar Süleymanova, “İki sahil”