Yaponiya hökuməti turistlər arasında sake içkisinin satışının təşviq edilməsi məqsədilə pulsuz proqram istifadəyə verib.
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, yeni qaydalar ölkəyə gələn turistlər üçün Yaponiyanın ənənəvi alkoqollu içkisinin pivə və şərab zavodlarından vergi ödənilmədən alınmasına imkan yaradacaq. Vergilərlə bağlı təsdiq sənədi ölkənin 24 regionunda alkoqollu içkilər istehsalı ilə məşğul olan 48 müəssisəyə göndərilib.
Hökumət ölkəyə gələn bütün turistlər və qonaqlar üçün alkoqollu içkilərdən tutulan vergini və 8 faizlik istehlak vergisini yığmaqdan imtina etməyi qərara alıb.