25 oktyabr 2024 12:13
297

BRICS platforması: Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu

Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan regional və qlobal səviyyədə, o cümlədən beynəlxalq arenada beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirərək həm bu təşkilatlarda öz nüfuzunu artıb, həm bəzi təşkilatların sədrliyinə yiyələnib, həm də beynəlxalq tədbirlərə ev sahibliyi etməklə beynəlxalq aləmdə yerini möhkəmləndirib.

Azərbaycanın beynəlxalq müstəvidə olan mövqeyi ilbəil güclənir. Bildiyimiz kimi dünyada bir neçə əhəmiyyətli beynəlxalq təşkilat fəaliyyət göstərir. Onlardan biri də məhz BRICS-dir. BRİCS dünya əhalisinin təxminən 50%-ni təşkil edən və dünya iqtisadiyyatının təxminən 1/3-ni təşkil edən 10 dövləti birləşdirən qeyri-formal klubdur. Klub özünü iştirakçı ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlıq platforması kimi təqdim edir- o, dövlət başçılarının iqtisadi artımın sürətləndirilməsi, sosial sabitliyin təmin edilməsi və blokun dünya birliyində mövqelərinin möhkəmləndirilməsi imkanlarını müzakirə etdikləri illik sammitlər formatında fəaliyyət göstərir.

Məlum olduğu kimi Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclası keçirilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak edib.Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib.

Ümumiyyətlə möhtərəm Prezidentimizin həmin beynəlxalq tədbirdə iştirak etməsi bir daha onu göstərir ki, Azərbaycan Prezidenti beynəlxalq  müstəvidə tanınmış və nüfuzlu liderdir. Məhz aparılan düzgün siyasət nəticəsində Azərbaycanın uğurlu və parlaq gələcəyi naminə olan xalq-iqtidar birliyi qüdrətli və sarsılmazdır.

İlham Məmmədov, 

Milli məclisin deputatı