26 oktyabr 2024 18:12
98

Tural Kosayevin ölümü ilə bağlı ibtidai araşdırma başa çatıb

Kosayev Tural Kamil oğlunun ölüm faktı üzrə aparılan ibtidai araşdırma başa çatıb.

Hərbi prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Firad Əliyev “İki sahil”in sorğusuna cavab olaraq deyib ki, Bakı hərbi prokurorluğunda istintaqı yekunlaşdırılan  cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan  Allahverdiyev İsmayıl İbrahim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib və iş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.