Çinin xarici valyuta ehtiyatları oktyabrda 703 milyon ABŞ dolları artaraq, 3,11 trilyon dollara çatıb.
AZƏRTAC Çin mərkəzi bankına istinadla xəbər verir ki, ölkənin xarici valyuta ehtiyatlarında artım 9-cu aydır davam edir.
Qeyd edək ki, Çin dünyada ən çox xarici valyuta ehtiyatına sahib olan ölkədir. Ötən il bir neçə ay ardıcıl olaraq valyuta ehtiyatlarında azalma müşahidə olunmuşdu. Cari ilin yanvarında isə ehtiyatlar psixoloji hədd olan 3 trilyon dollardan aşağı düşmüşdü. Lakin fevraldan bəri valyuta ehtiyatlarında artım qeydə alınıb.