28 oktyabr 2024 12:19
276

Kazan sammiti bir daha göstərdi ki, Azərbaycan Orta Dəhlizin inkişafına önəmli töhvələr verəcəkdir

Azərbaycanın davamlı olaraq həm regional, həm də beynəlxalq platformalara dəvət olunması bir daha göstərir ki, ölkəmsizin geosiyasi nüfuzu durmadan artır. Qeyd edək ki,  Prezident İlham Əliyevin Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammitinə dəvət olunması bir daha bu həqiqəti təsdiq etdi. Hazırda 10 üzvü olan bu təşkilat 2006-cı ildə yaradılıb. Təşkilatın sammitində 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, həmçinin 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak edib. Bu qlobal təşkilat qarşılıqlı hörmət, həmrəylik, bərabərlik, demokratiya, inklüzivlik, konsensus kimi fundamental prinsiplər əsasında qurulan və fəaliyyətini də həmin təməllər üzərində quran bir platformadır. XVI BRICS Sammitinin yekun Bəyannaməsində üzv dövlətlər təşkilatın ruhuna sadiq qaldıqlarını və əməkdaşlığı bundan sonra daha da inkişaf etmək əzmində olduqlarını bildiriblər. 

Sammitdə qəbul olunan sənəddə BRICS ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərin önə çıxarılır. Təşkilata üzv dövlətlər siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr sahəsində əməkdaşlığı dərinləşməsinə özünəməxsus töhfələr veriblər. Lakin bu hələ də son deyil və sənəddə  inteqrasiyanın dərinləşdirilməsi istiqamətində hələ çox işlərin görülməsinin zəruriliyi bildirilir.

Bu bir reallıqdır ki, ölkəmizin başçısının təşkilatın  Kazan sammitinə dəvət olunması heç də təadüfi deyil. Məlumdur ki, Azərbaycan  BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına 4 il sədrlik edi, hələdə həmin təşkilatda uğurlu   fəaliyyətini  davam etdirir. Bundan başqa ölkəmizdə keçiriləcək COP29 dünyanın diqqətini də ölkəmizə yönəldib. Hazırda bu istiqamətdə həm də BRİCS ölkələri ilə fəal dialoq aparılır və əməkdaşlıq həyata keçirilir. Kazın sammitinin «Outreach”/»BRICS+” formatının ilk plenar iclasında Prezident İlham Əliyev bu barədə deyib ki, Azərbacan  çoxtərəflilik prinsipinə önəm verir.

Sammitdə o da vurğulanıb ki, Azərbaycanın əlverişli coğrafi məkanda yerləşir və bu Asiya ilə Avropanın nəqliyyat dəhlizlərinin mərkəzi ola bilər. Xüsusilə  Azərbaycan Şərq-Qərb dəhlizi olan Trans-Xəzər (Orta Dəhliz) nəqliyyat dəhlizi ailəsinin fəal üzvü kimi son illər ərzində bu layihədə strateji rolunu və mövqeyini daha da inkişaf etdirib. Yəni hazırda Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturunun şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin icrası da Orta Dəhlizin inkişafına önəmli töhvələr verir.

Məlumdur ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti indiə n rentabelli istiqamətdir. Çünki  Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib və 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımaların həyata keçirilməsi bu dəhlizin fəaliyyətə başlamasına beynəlxalq hüquqi status verib. İqtisadçıların hesablamalarına g.rə, a görə, «Bir kəmər, bir yol» layihəsi tamamilə işə bahlayandan sonra Xəzər dənizi vasitəsilə hər il 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücü 25-30 milyon tona qədər artırılacaq.

Digər önəmli məsələ isə bu dəhlizin ən strateji xətlərindən biri olan Naxçıvan ilə quru əlaqələrin bərpası və muxtar respublikasının Xəzər-Aralıq dənizini birləşdirən loqistik məkana çevrilməsidir. Bir sözlə, Naxçıvanla kommunikasiya sisteminin qurulması üçün İpək yolunun məsafəsi və yüklərin çatdırılma sürəti daha səmərəli hesab edilir. Həmçinin ölkəmiz  Şimal-Cənub nəqliyyat dəhlizinin kəsişməsində yerləşir. Bütün bu amillər Azərbaycanın BRICS üçün dəyərinin xeyli artırır. Ona görə də qürurla deyə bilərik ki, bu təşkilatla ölkəmizin tərəfdaşlığı yaxın gələcəkdə  daha da genişlənəcək.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri