28 oktyabr 2024 15:04
160

Azərbaycan Avrasiyanın mühüm logistik mərkəzlərindən biridir

2006-cı ildə dörd ölkə bir araya gələrək BRIC-i yaratdı. 2009-cu ildə dörd üzv ölkənin iştirakı ilə ilk sammit Rusiyada keçirilib. 2010-cu ildə Cənubi Afrikanın qoşulması ilə qrup BRİKS adını aldı.

2006-cı ildə yaradılan, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilat olan BRİCS nüfuzlu bir beynəlxalq təşkilatdır. 2023-cü ildə BRİCS ölkələrinin cəmi ÜDM-i (alıcılıq qabiliyyəti pariteti əsasında) qlobal ÜDM-in 35.7%-ni təşkil etmişdir. Yarandığı müddətdən keçən 15 il ərzində təşkilat qlobal iqtisadiyyatda öz payını 10.2% artırmışdır. Müqayisə üçün qeyd edim ki, ən böyük iqtisadiyyatlara malik G7 ölkələrinin qlobal iqtisadiyyatda payı isə bu müddət ərzində 9.7% azalaraq 29%-ə düşmüşdür. Yəni, iqtisadi cəhətdən hazırda BRİCS G7-dən böyükdür. BRICS üzvləri ən tez inkişaf edən böyük ölkələr kimi səciyyələnirlər. Əlverişli vəziyyət bu ölkələrə onlarda mövcudluğu resursların dünya iqtisadiyyatı üçün böyük miqdarda əhəmiyyətli təmin edir: 2012-ci ildə BRİCS tərəfindən 100 milyardlıq Nizamnamə kapitalı ilə Yeni İnkişaf Bankı təsis edilmişdir. BRICS BVF və Dünya Bankı kimi beynəlxalq maliyyə qurumlarında qurulmuş strukturu dəyişdirmək və inkişaf etməkdə olan iqtisadiyyatlara daha çox “təmsil və səs” verilməsini təmin etmək üçün yaradılmışdır. 2014-cü ildə BRİKS ölkələri 250 milyard dollar kapitalla Yeni İnkişaf Bankını (NBD) yaradıblar. Bu bankın məqsədi inkişaf etməkdə olan ölkələrin inkişaf layihələrinə kredit vermək məqsədi daşıyırdı. Misir və Birləşmiş Ərəb Əmirlikləri kimi o dövrdə BRİKS-in üzvü olmayan ölkələr də Yeni İnkişaf Bankına qoşuldu və bu iki ölkə üzv olmağa dəvət edildi. 2017-ci ildə Çin dövlətinin dəvəti ilə BRİCS iclaslarına bu təsisatın üzvü olmayan aşağıdakı ölkələrin nümayəndələri qatılıblar: İndoneziya, Malayziya, Filippin, Kamboca, Misir, Nigeriya, Efiopiya, Keniya, Argentina, Çili, Meksika.

Azərbaycanın 2023-cü ildə xarici ticarət döviyyəsinin 20%-i BRİCS üzvlərinin payına düşür. Rusiya və Çin bizim ən çox ticarət etdiyimiz 3-cü və 4-cü ölkədir. Azərbaycanın iqtisadi niyyəti BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir.

Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib: “Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.

Ölkəmiz hazırda Avrasiya məkanının mühüm logistik mərkəzlərindən biri kimi tanınaraq yeni təşəbbüslər irəli sürməkdə davam edir. İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal iştirakçısı olan Azərbaycan gerçəkləşdirdiyi genişhəcmli layihələrin nəticəsi olaraq müxtəlif istiqamətlərə tranzit daşımaların səmərəli təşkilinə etibarlı təminat verir. “Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq”,- deyə dövlətimizin başçısı bildirib.

2023-cü ildə Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilən sammit qrup üzvlərinin sayının artırılması ilə bağlı müzakirələrlə yadda qalıb. Cənubi Afrikanın BRİCS və Asiyadakı səfiri Anil Sooklal sammitdən əvvəl verdiyi açıqlamada 22 ölkənin bu qrupa üzv olmaq üçün rəsmi müraciət etdiyini və eyni sayda ölkənin də qoşulmaq arzusunda olduğunu bildirib.

BRİCS ciddi surətdə geosiyasi mübarizə meydanına atılmağa hazırlaşır. Hələlik onun üçün əsas məqsəd maliyyə-iqtisadi imkanlarını artırmaqdan ibarətdir. Bu aspektdə ilk addım atılıb. Sonra nələr olacağı haqqında ekspertlər dəqiq proqnoz verməyə çətinlik çəkirlər.

Bunlarla yanaşı, ABŞ amilini unutmaq olmaz. Vaşinqton, təbii ki, bu prosesləri diqqətlə izləyir. Müəyyən məqamda gedişata müdaxilə etməyə çalışacaq. Digər tərəfdən, müxtəlif regionlarda ixtilaflar baş qaldırır. Heç kim təminat verə bilməz ki, bir müddət sonra Rusiya və ya Çində münaqişələr meydana gəlməsin. Pekinin artıq bir sıra qonşu dövlətlərlə ixtilafları vardır. Onların dərinləşməsi ehtimalı istisna edilmir.

Mirhaşim Calalov,
YAP Xətai rayon təşkilatının "Yusif Səfərov 21" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü