Göygöl rayonundakı üzüm, meyvə və giləmeyvə bağlarından mövsüm ərzində 6 min 653 ton məhsul toplanıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, bağlardan 4 min 801 ton üzüm, 1852 ton meyvə və giləmeyvəlilər yığılıb.
Ötən illə müqayisədə bu il bağlardan yığılan üzüm 488 ton, meyvə və giləmeyvəlilər isə 85 ton çox olub.