29 oktyabr 2024 01:26
256

Sürətli arıqlama nə zaman qorxuludur?

Ani arıqlama, eləcə də qəfil çəki artımı həmişə sağlamlığınıza diqqət yetirmək üçün bir səbəbdir. Xüsusilə də artıq gənc deyilsinizsə, bu, mütləqdir. Sürətli çəki itkisinin səbəbləri "Rusiya 1" telekanalında "Ən vacibi haqqında" sağlamlıq verilişində müzakirə edilib.

Əgər siz sistematik olaraq yavaş-yavaş arıqlayırsınızsa, narahat olmağa dəyməz. Birdən, heç bir səbəb olmadan, gözlərinizin qarşısında “əriməyə başlasanız”, səbəbləri anlamağa kömək edəcək bir həkimə müraciət etmək daha yaxşıdır. Ən pis halda sürətli kilo itkisi xərçəngin əlaməti ola bilər. Amma bu, artıq çox inkişaf etmiş bir mərhələdir.

“Yaşlı insanlarda kilo itkisi həmişə narahatedici bir simptomdur”, -deyə tok-şou mütəxəssisləri qeyd ediblər. Bədən kütləsi indeksinin 18-dən aşağı olması ölüm riskini xeyli artırır. 60 yaşdan sonra arıq olmaqdansa kök olmaq daha yaxşıdır - kök insanlar daha uzun yaşayır.

Ümumiyyətlə, həkimlər həddindən artıq arıq olmağın artıq çəki qədər pis və təhlükəli olduğunu vurğulayıblar.

Nubar Süleymanova, “İki sahil”