Rusiyanın xarici işlər naziri Sergey Lavrov Küveytin xarici işlər naziri Abdulla Əl-Yəhya ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında RT-nin hərbi müxbiri Maksim əl-Turinin İsrailin İrana son hücumu ilə bağlı sualını cavablandırıb.
“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.
“İndiki mərhələdə ən pis ssenaridən qaçmaq olar. Onun ehtimalı qalır. Ukrayna vəziyyətində olduğu kimi, burada da odu alovlandırmaq istəyənlər var ki, ilk növbədə ABŞ buraya müdaxilə etsin”, - deyə, Lavrov bildirib.
O, həmçinin əlavə edib ki, İsrailin İrana cavab zərbəsi kimi təqdim etdiyi zərbələr regiondakı vəziyyəti yüngülləşdirmir.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək