07 noyabr 2017 01:01
815

Avtobus sürücüsü olan gəlin

Avtobus sürücüsü olan gəlin - Trabzonlu Məltəm sənəti atmayacaq

Türkiyədə avtobusun sükanı arxasında gəlinlik geyinmiş xanımı görənlər əvvəlcə gözlərinə inanmayıb. 

ATV.az Anadolu-ya istinadən bildirir ki, hadisə Trabzonda baş verib. Məltəm Kurt adlı xanım 12 ildir sürücü işlədiyini bildirib. Xanım həyatını bağlamağa qərar verdiyi insanı da elə idarə etdiyi avtobusda tapıb. Əslən İordaniyadan olan Əzzam Məltəmi sükün arxasında görüb və vurulub. Toy günündə də sevimli peşəsindən ayrılmayan xanım işinə həyat yoldaşı ilə davam etməyə qərar verib.