30 oktyabr 2024 22:55
331

"Ən çox dövləti güldürmüşəm" deyib gəlirini açıqladı

Pandemiya vaxtı şans üzünə gülən komediyaçı Hasan Can Kayanın gəliri açıqlanıb.

“İki sahil” xəbər verir ki, Azərbaycanda da kifayət qədər şöhrət qazanan komediyaçının illik gəliri 70-80 milyon lirə arası dəyişir.

O, qazandığı məbləğin 30 milyon lirəsini vergi olaraq ödəyib. Hətta, komediyaçı bu məbləğin çoxluğuna kinayə ilə "ən çox dövləti güldürmüşəm", - deyib.

Qeyd edək ki, 80 milyon lirə təxminən 3 milyon Azərbaycan manatıdır.