"Mercedes" şirkəti 2018-ci il üçün yeni GT modelini təqdim edib.
"Ölkə.Az" xəbər verir ki, "AMG GT S" adlı yeni idman üslublu avtomobilin baza versiyasında sarı rəng üstünlük təşkil edir.
Yeni S versiyası sadə GT modelinin arsenalında olan mühərriklə təchiz edilsə də, mühəndislər aqreqata "əl gəzdiriblər". 4 litr həcmli, V8 tipli mühərrik 522 at gücü hasil edir. Mühərrik 7 pilləli sürətlər qutusu ilə işləyir.
Yeni model "AMG DYNAMİC SELECT" vasitəsilə "Comfort", "Sport", "Sport ", "İndividual" və "Race" hərəkət rejimlərini seçə bilir.