COP29-la əlaqədar daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə xüsusi hərəkət zolaqları təşkil edilib. Həmin zolaqlardan oktyabrın 31-i günün sonunadək minik avtomobilləri də istifadə edə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
1 noyabr tarixindən isə 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.
Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək