31 oktyabr 2024 20:50
120

Goranboyda ər və arvad dəm qazından boğularaq ölüb

Goranboyda iki nəfər dəm qazından boğularaq ölüb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Kəlbəcər rayon sakinləri - 1958-ci il təvəllüdlü Əkbərov Kamal Qurbanlı oğlu və həyat yoldaşı, 1960-cı il təvəllüdlü Əkbərova Aidə Əli qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.