Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıq çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC (ADY) gücləndirilmiş iş rejiminə keçib.
“İki sahil” xəbər verir ki, bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov media nümayəndələri üçün təşkil olunan brifinq zamanı bildirib.
Onun sözlərinə görə, qurum gücləndirilmiş iş rejiminə 1 noyabr tarixindən keçib.
Azər Fərəcov qeyd edib ki, gücləndirilmiş iş rejiminə keçid çərçivəsində stansiya və dəyənəcəqlarda əməkdaşların sayı artırılıb, onlar üçün müvafiq təlimlər keçirilib.
"Həmçinin təhlükəsizlik tədbirləri də gücləndirilib", - Azər Fərəcov vurğulayıb.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək