02 noyabr 2024 09:26
205

Britaniya kəşfiyyatı Şimali Koreya qoşunlarının Rusiyada qarşılaşacağı məsələləri açıqlayıb

Ukraynaya qarşı döyüşməyə hazırlaşan Şimali Koreya hərbçiləri Rusiya qoşunları ilə uyğunluq və texnikanın istifadəsi ilə bağlı problemlərlə üzləşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

Analitiklər qeyd edirlər ki, Qərb kəşfiyyatının hesablamalarına görə, Şimali Koreyanın 10 minə yaxın hərbi qulluqçusu Rusiyaya göndərilib və demək olar ki, onların bir hissəsi artıq Ukrayna ilə həmsərhəd Kursk vilayətində yerləşdirilib.

“Rusiya və Şimali Koreya qüvvələri əvvəllər birgə hərbi təlimlər keçirməsələr, çox güman ki, qarşılıqlı fəaliyyət problemi ilə üzləşəcəklər. Bundan əlavə, hərbi əməliyyatlarda iştirak edəcək Şimali Koreya qoşunlarının Rusiya texnikasının istismarı zamanı, eləcə də Rusiyanın komanda-nəzarət strukturuna inteqrasiyası və dil baryerinin aşılması ilə bağlı problemlər aşkar olacaq”, - kəşfiyyat məlumatlarında qeyd edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”