27 iyun 2026 19:49
107

Mərkəzi Afrika Respublikasında vəba epidemiyası elan edilib

Mərkəzi Afrika Respublikası ölkədə vəba epidemiyasının yayıldığını elan edib.

“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi paytaxt Banqinin cənub-qərbində yerləşən Bimbo və Mbayki səhiyyə dairələrində vəba epidemiyasını rəsmən təsdiqləyib.

Qeyd olunur ki, indiyədək xəstəliklə əlaqəli 24 ölüm qeydə alınıb, 197 nəfərə isə xolera diaqnozu qoyulub.

Nazir əlavə edib ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün zərərçəkmiş bölgələrdə və yaxınlıqdakı şəhərlərdə profilaktik tədbirlər həyata keçirilir.

Xolera bakteriya ilə çirklənmiş su və qida vasitəsilə yayılır. Xəstəlik ağır ishal və susuzlaşmaya səbəb ola bilər. Bu virus inkişaf etmiş ölkələrdə nəzarət altına alınsa da, təmiz içməli suya çıxışın məhdud olduğu yoxsul bölgələrdə hələ də ciddi təhlükə olaraq qalır.

Hazırda səlahiyyətli qurumlar epidemiyanın mənbəyini araşdırır. Bu, ölkədə qeydə alınan beşinci vəba epidemiyasıdır.