Kişineu şəhərinin inkişafında Moldovada yaşayan Azərbaycan icması öz töhfəsini verməkdədir.
“İki sahil” xəbər verir ki, bu fikri Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramovla görüşündə Kişineu şəhərinin meri İon Çeban söyləyib.
Mer bildirib ki, Moldovadakı Azərbaycan icması Bakı ilə Kişineu arasında əməkdaşlığın inkişafında körpü rolunu oynayır.
E.Bayramov öz növbəsində meri Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məlumatlandırıb. Qeyd edib ki, COP29 dünyada iqlim dəyişikliyinə qarşı mübarizədə öz töhfəsini verəcək. Diaspor rəhbəri bildirib ki, Azərbaycan icması bu mötəbər tədbir ərəfəsində Kişineuda ağacəkmə kampaniyasını keçirmək niyyətindədir.
Görüş zamanı tərəflər Azərbaycan diasporu tərəfindən Zəfər Gününün qeyd edilməsi, eləcə də COP29-a həsr olunmuş tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.
Görüşdə MAK üzvü Faiq Nəsibov da iştirak edib.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək