03 noyabr 2024 19:26
198

İspaniyada daşqın zonasına Krala və baş nazirə hücum edilib - VİDEO

İspaniyada daşqın baş verən Valensiya bölgəsinə səfər edən İspaniya kralı Felipe və baş nazir Pedro Sançesə ictimaiyyət etiraz edib.

“İki sahil” İHA-ya istinadla xəbər verir ki, onun Paiportaya səfəri zamanı yerli əhali “Qatillər, qatillər” şüarları səsləndirərkən bəzi insanlar Kral Felipeyə palçıq atıblar. Mühafizəçiləri Kral Felipeni qorumaq üçün çətirlər açıblar.

Kral Felipe ilə birlikdə bölgəyə səfər edən baş nazir Pedro Sançes bölgəni tərk edərkən bir qrup onun olduğu avtomobilə hücum edib. Bölgə əhalisi daşqının qarşısının alına biləcəyini və qrupların cavab verməkdə gecikdiyini bildirsə də, mərkəzi hökumət ictimaiyyəti xəbərdar etmək üçün regional hakimiyyət orqanlarının vəzifəsi olduğunu elan ediblər.

Xatırladaq ki, daşqın fəlakətindən sonra axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri davam edərkən, insan tələfatı 217-yə yüksəlib. Demək olar ki, bütün ölümlər Valensiyada baş verdiyi halda, Valensiyada yerləşən Paiportada 60-dan çox ölüm qeydə alınıb.

İspaniyadakı daşqın fəlakəti, 1967-ci ildə Portuqaliyada ən azı 500 nəfərin ölümünə səbəb olan daşqın fəlakətindən sonra Avropanın bir ölkəsində yaşanan ən böyük daşqın fəlakəti olaraq qeydə alınıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”