İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və Bacarıqlar üzrə direktoru, Beynəlxalq Tələbə Qiymətləndirmə Proqramının (PISA) yaradıcısı Andreas Şleyxer elm və təhsil naziri Emin Əmrullayevlə görüşdə Azərbaycanın PISA çərçivəsində “iqlim savadlılığı” təşəbbüsünü yüksək qiymətləndirib.
“İki sahil” xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi” qəzeti məlumat yayıb.
“Elm və təhsil naziri Emin Əmrullayev UNESCO Qlobal Təhsil Görüşü çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və Bacarıqlar üzrə direktoru Andreas Şleyxer ilə görüşüb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, görüşdə Şleyxer “Azərbaycanın PISA çərçivəsində “iqlim savadlılığı” təşəbbüsünü yüksək qiymətləndirərək bu istiqamətdə işlərin qısa zamanda yekunlaşacağına inamını ifadə edib”.
“Şleyxer eyni zamanda bu günədək COP gündəliyində məhz Azərbaycanın təhsilə verdiyi xüsusi önəmini vurğulayaraq, təşəkkürünü bildirib”, – qəzet vurğulayıb.
“Azərbaycan müəllimi” UNESCO-nun Qlobal Təhsil Görüşü tədbirinin noyabrın 1-də öz işini yekunlaşdırdığını qeyd edib.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək