Dünyanın ən sürətli avtomobili məlum olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın Nevada əyalətindəki Pahrumd şəhərində eksperiment zamanı həmin avtomobilin rekord sürət göstəricisi müəyyənləşdirilib.
Pilot Niklas Lilja “Koenigseggin Agera RS” adlı avtomobili saatda 447 kilometr sürətlə sürərək rekord göstəriciyə imza atıb. Bu görüntülər sosial mediada böyük maraqla izlənilib.