Yəqin ki, çoxlarınızın sosial media hesablarınız var. Gün ərzində yediyimiz yeməyi, gəzdiyimiz yerləri, olduğumuz məkanları hər an, hər dəqiqə bölüşürük. Bu mənada köməyimizə özçəkim (selfie) gəlir. Əgər siz də özçəkimlərinizin digərlərindən daha gözəl çıxmasını istəyirsinizsə, onda aşağıdakıları diqqətlə oxuyun:
İlk öncə çəkiliş etdiyiniz alətdən əmin olun
Fotonun həqiqətən cəlbedici olması üçün yaxşı bir kamera ilə çəkilmiş olması lazımdır. Əgər yaxşı çəkilişlər aparmağı düşünürsünüzsə, çox da keçmişdə qalan telefonla deyil, ən yaxşısı fotoaparatlardan könül rahatlığı ilə istifadə edə bilərsiniz. Fotoaparatla çəkdiyiniz fotolar üçün daha maraqlı səhnələr yarada bilərsiniz.
Yaxşı olduğunuz tərəfi tapın
Bəli, təbiətdəki hər şey gözəl bir nisbətə malikdir. Hər bir insanın özündə daha çox bəyəndiyi bir tərəfi var. Sağ və ya sol, yuxarıdan və ya aşağıdan. Məhz yaxşı “selfie” çəkməyin ustalığı yaxşı düşdüyümüz tərəfləri seçməyimizdədir.
Baxım
“Selfie” peşəkarları, həmçinin kameraya birbaşa baxılmamasını tövsiyə edirlər.
İşıq
“Selfie” çəkilərkən diqqət edilməsi lazım olan məqamdan biri də işıqdır. İşığın doğru yerdən gəlməsi çox əhəmiyyətlidir. Əgər işıq olmasa, şəkil qaranlıq çıxar və ya üzünüzdə kölgələr yarana bilər. İşığın birbaşa üzünüzə vurması tam bir özçəkimlikdir. Həmçinin günəş işığı ilə çəkilən “selfie”lərə də daha çox üstünlük verilir.
Mənsumə Babayeva, “İki sahil”