05 noyabr 2024 11:19
69

Qlobal miqyasda ekoloji problemlər təkcə insanları deyil, bütün ekoloji sistemi təhdid edir - Ali Erbaş

Qırğınlar məngənəsindəki günahsızların fəryadının göyləri titrədiyi çirkli bir dövrün şahidi oluruq. Tarixi abidələr, təbiət məhv edilir.

“İki sahil” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin açılış mərasimində Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş deyib.

“Biz birlik içində hərəkət etməliyik. İnsanları varlıq məqsədindən uzaqlaşdıran, ətraf mühitdən asılı vəziyyətə salan həyata baxış dünyanı fəlakətlərə sürükləyir. Qlobal miqyasda yaşanan ekoloji problemlər təkcə insanları deyil, bütün ekoloji sistemi təhdid edir.

Bugünkü güc və hökmranlıq anlayışı təbii tarazlığı proqnozlaşdırır. Bu prosesdə ekoloji fəlakətlər, qlobal istiləşmə, ərzaq təhlükəsizliyi, təbii sərvətlərin məhv edilməsi, havanın, suyun və torpağın dəhşətli çirklənməsi diqqətdən kənarda qalıb.

Daha ciddisi isə odur ki, bioloji və kimyəvi silahların ətraf mühitə vurduğu ziyan pik həddə çatıb. Bunu aydın şəkildə demək lazımdır. Bütün bun