20 noyabr 2024-cü il tarixində Bakıda COP 29 çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli tədbir keçiriləcək.
Bu barədə "İki sahil"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
RİNN, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) birgə təşkilatçılığı ilə keçiriləcək bu tədbir nazirləri, hökumət rəsmilərini, sənaye liderlərini və maraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı önəmli dialoqa qatılmaq üçün bir araya gətirəcək.
Tədbir çərçivəsində aviasiyanın ətraf mühitə təsirini azaltmaq və qlobal iqlim hədəflərinə çatmaq məqsədilə müvafiq müzakirə aparılması nəzərdə tutulur.
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək