05 noyabr 2024 11:28
96

Tarixi Zəfər qazanan Azərbaycanın müstəqilliyi əbədidir

“Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırıq və yaxınlaşdırdıq.”

Prezident İlham Əliyev

“Böuük yaradan insanların arasından birini seçir, ona ad-san, şührət verir. İnsanlar onun vasitəsilə əminamanlıqda yaşayırlar. Onun dövlətinin davamını istəyirlər.”

Nizamülmülk “Siyasətnamə” əsərindən

Biz xoşbəxt xalq, millətik ki, bu müqəddəs günü gördük. Heç bir təhdid, heç bir yalan bizi öz işimizdən dayandırmadı.

Bəlkə də, müəyyən hegemon ölkələr üçün qələbə asandır. Çünki, birə-birdir. Biz isə 1-ə 10 qələbə qazanmışıq. Çünki bu savaşda tək erməni ilə deyil, onun arxasında duranlarla da savaşdıq.

Qafqazlarda qalib xalq olmaq tam bir qələbədir. Hansı dövlət öz qələbəsini üç dövlətlə bağlayıb. Rusiya isə heç bir dövlət üçtərəfli müqavilə bağlamayıb. Ölkədə birinci şəxs amili dünya səviyyəli olduğu üçün, bütün dünya deyir ki, İlham Əliyev qalib gəldi.

Tarix, zaman öz qiyafəsini tez-tez dəyişir. Lakin, dünyada dəyişməyən bir xislət varsa, o da, Vətən məhəbbəti, torpaq əmanətidir. Tarix yazan sərkərdə, Zəfər komandirimiz rəhbərliyi ilə, qaytarılan torpaqların, qayıtmayan oğulları yaşatdı bu müqəddəs günü Azərbaycan xalqına.

Tarix qədim və zəngin olan Azərbaycanımızı qan bahasına, çox qiymətli şirin canlar bahasına əldə etmişlər. Tarix və onun hadisələrinə qiymət vermək mümkündür. Lakin, tarixi və onun hadisələrini geri qaytarmaq mümkün deyil. Azərbaycan isə 200 ildən artıqdır ki, heç durmayan, sönməyən faciələr yaşadı. Soy kökü bəlli olmayan, əzəli yurd yerləri bəlli olmayan ermənilər, bir çox dövlətlərin dəstəyinə söykənərək şovinist, terrorçu dəstələr ilə xalqımızı öz yurdlarından didərgin saldılar.

Biz 44 günlük müharəbədə ərazi bütövlüyümüzü təmin etdik. 30 illik işğaldan azad olduq. Beynəlxalq xalq təşkilatlar var ki, bu vəziyyəti həll edə bilərdilər. Amma BMT – nin dörd qətnaməsi kağız üzərində qaldı. ATƏT – in Minsk qrupu isə bizim üçün məyusluq yaratdı. Lakin, biz Beynəlxalq hüququ və ədaləti bərpa etdik. Dünyaya döyüş taktikası və hərb yenilikıəri göstərdik.

Ölkə prezidenti Ali Baş Komandanın siyasəti, vətənə xidməti, millət təşəbbüskeşliyi və mənəvi kamilliyi nəticəsində, güclü ordumuz sayəsində torpaqlarımızı azad edib. Azərbaycan adlı vətənimizi dünyaya qalib ölkə kimi tanıtdıq. Prezident İlham Əliyev Azərbaycanı dünyada söz sahibi olan ölkəyə çevirdi.

Azərbaycan Avrasiyada böyük ölkə deyil, amma düşünən beyinləri cəlb edə bilir! Ölkə təhlükə qarşısında qalanda onun təhlükəsizliyini təmin etmək üçün bir qılınc hünəri lazımdırsa, beş də ağıl kəsəri gərəkdir!

Müharibələrin iki üzü olur, diplomatiya və hərb yolu. Əgər diplomatiyada qalib olmadınsa hərbdə qalib də ola bilməzsən. Yeri gəlmişkən Uzun Həsən müharibələri diplomatiya yolu ilə udurdu. Prezident İlham Əliyev də bu yol ilə müharibəni danışa- danışa uğurla nəticələndirdi. Bunu xarici ölkə kanallarına verdiyi kəskin müsahibələrində bütün dünya gördü. Yəni informasiya müharibəsi hərb müharibəsinin ən vacib hissəsidir.

Ermənilərin gücünü, tarixini, daxili qüvvələrini biz çox gözəl bilirik. 2020-ci il 6 noyabr tarixində “BBC News”lə müsahibəsində ona verilən sual- Dağlıq Qarabağ və 7 rayonu qaytarmaq üçün savaşmaq niyyətindəsiniz?

Cavab: İşğal olunmuş rayonların boşaldılmasına qədər biz dayanarıq . Öhdəlik yerinə yetirilməlidir. Ərazilər qaytarılmalı, sonra danışıqlar aparılmalıdır. Dağlıq Qarabağda 40min insan yaşayırdı. Biz ermənilər deyilik, onlar azərbaycanlıları öz yurd-yuvalarından qovdular. Biz qisas almalıyıq. Biz qisası döyüşdə alacağıq. Ermənistanın sabiq Müdafiə nazirinin bacısı da Azərbaycanda yaşayır. İstəsəniz onunla görüşə bilərsiniz.

Ümumiyyətlə jurnalistin bütün suallarına verilən diplomat cavablarə onu çıxılmaz vəziyyətdə qoydu.

Almaniyanın “ARD” televiziya kanalına müsahibəsindən xülasə: ”Ermənilər dəfələrlə atəşkəsi pozublar. Növbəti cəhddə Sentyabrın 27-də səhər kəndləri ağır artileriya atəşinə tutdular. Bizim dayanmağımız Ermənistandan asılıdır. Biz onlar kimi mülki əhaliyə atmırıq, döyüş meydanında cavab veririk. Onlar isə bizim mülki yerlərimizi atəşə tuturdular. 100 – dən çox mülki əhali və uşaqlar həlak oldu. Amma yenə də AZərbaycan xalqının iradəsini, əzmini qıra bilmədilər. Biz bütün dünyanı cəlb edirik ki, gəlib öz gözləri ilə görsünlər. Biz məğlub olmamışıq, döyüşü uduzmuşuq. O zaman hökümət boşluğundan istifadə etmişdilər. 2020-ci ildə biz özümüzü müdafiə etdik. Biz atəşkəsə razı idik. Ermənistanın baş naziri demişdi ki, Dağlıq Qarabağın diplomatik şərhi yoxdur...Biz isə bu məsələni həm hərb, həm də diplomatik yolla həll etdik.”

“Fransa 24” telekanalı ilə müsahibəsindən xülasə: “ Onların ən böyük kobud səhvi Ermənistan adından yox, Dağlıq Qarabağ höküməti adından danışıqlar aparmaq istədilər. Belə bir dövlət isə yoxdur.”

Ümumiyyətlə dünyanın bir çox ölkələri ilə müsahibələr oldu. Bütün ölkələr onun necə ölkə başçısı olduğunun şahidi oldular. Dediyi bütün sözlər həyatda öz yerini tapmışdı. Öz tarixi torpaqlarımızı, tarixi ədaləti bərpa etmişdik. Müharibənin ilk günündən daim irəlilədik. Ermənilər məğlubiyyətlərini dərk etdilər. Onlar şəhərlər və kəndləri minalayıblar, 150 –dən çox sivil əhali və hərbiçilərimiz minaya düşərək həlak oldu. Ona görə də qayıtmaq nə qədər çətin olsa da biz xalq olaraq öhdəsindən gəldik və gəlirik də.

Əmir Teymur Səmərqəndi yenidən qurduğu kimi, İlham Əliyev də Qarabağı yenidən qurdu və bu bölgəni Dünya səviyyəli bənzərsiz məkana çevirdi.

Öz iradəsi və güclü ordusu ilə hərbdə qalib gəlmiş prezidentimiz həm də güclü iqtisadiyyat yaratmaqla bütün dünyanı cəlb etmişdir. Bizim təbii ehtiyatlarımız, zəngin sərvətimiz olsa da, əgər müdrik prezidentimiz sabitliyi qoruya bilməsə beynəlxalq təşkilatlar sərmayə qoymaqda ehtiyyat edərdilər.

16 May 2024-cü oldə ölkəmizə dövlət səfəri etmiş Belarus respublikasının prezidenti Aleksandr Lukaşenkonun yüksək səviyyədə ölkə prezidentinə qiymət verərək qeyd edir ki, Tanriya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, lider ölkə mövcuddur. Siz Qafqaz regionunun nəzərdə saxlamağa qadirsiniz.

Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət və diplomatik gedişlər Azərbaycanı son illərdə beynəlxalq miqyasda əsl söz və nüfuz sahibinə çevirdi. Dövlət başçımızın müxtəlif beynəlxalq tədbirlərə Çin, Şanxay əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitinə, Ərəb dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin 6-cı Zirvə toplantısına xüsusi qonaq qismində dəvət alması Azərbaycanın artan nüfuzunun, beynəlxalq aləmdə yüksək mövqeyinin göstəricisidir. Bu amil özünü Mərkəzi Asiya ölkələrində xüsusilə təqdirə layiq qiymətləndirildi. Eləcə də Azərbaycanda keçirilən mötəbər və iqtisadi məsələləri həll edən zirvə toplantılarında bütün inkişaf etmiş ölkələrin iştirak etməsi ölkələrarası əməkdaşlıq, çoxsahəli ticarət dövriyyələrinin həcmi olduqca genişdir. Ən əsas məsələ isə bütün bunları beynəlxalq səviyyədə güc mərkəzləri, nüfuzlu təşkilatlar tərəfindən olunan dəstəkdir ki, o da “COP 29” – un timsalında özünü açıq şəkildə biruzə verməklə bundan sonra bu amilin daha da gücləndiyinə möhkəm əsasdır.

Bu gün Zəfər çalmış qalib sərkərdə, Dünya liderlərinin hesablaşdığı, analitik siyasətçi, Ulu Öndər davamçısı İlham Əliyev siyasət aləmində imzası olan müstəqil Azərbaycanın qarantıdır.

Azərbaycanın müstəqilliyi əbədidir. Bu müstəqilliyi bizə yaşadan şəhidlərin ruhu şad olsun!

Nuriyyə Hüseynova,
254 № - li tam orta məktəbin İnformatika müəllimi