05 noyabr 2024 14:22
68

Dəniz suyunun duzsuzlaşdırılması layihəsi Sumqayıtda icra ediləcək

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün keçirilən müsabiqə üzrə təkliflər zərfinin açılması mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə bildirilib ki, suyun keyfiyyəti, infrastrukturun vəziyyəti, ətraf mühit kimi məsələlər nəzərə alınmaqla layihənin Sumqayıt şəhərində icra edilməsi nəzərdə tutulur. Əhalinin və iqtisadiyyatın ehtiyacları, ölkənin su proqnozlarının nəticələrinə əsasən növbəti illərdə içməli suya olan tələbatın artacağı nəzərə alınaraq layihənin istehsal gücü illik 100 milyon m3 olacaq. Vurğulanıb ki, layihənin əsas məqsədi Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatı təmin etmək, şirin su mənbələrinin şaxələndirilmək, dövlətin içməli su təchizatı sistemində maliyyə və texniki yükünü azaltmaq, içməli su təchizatı sahəsində beynəlxalq təcrübənin və ölkəyə texnologiya transferini stimullaşdırmaq, habelə ölkə iqtisadiyyatına xarici sərmayələri cəlb etməkdir.