05 noyabr 2024 14:47
66

Cek Noel Cerard: Dini liderlər iqlim dəyişikliyi ilə mübarizə üzrə tədbirlərə töhfə verə bilərlər

Dini liderlər iqlim dəyişikliyi ilə mübarizə üçün tədbirlərə töhfə verə bilərlər.

“İki sahil” xəbər verir ki, bunu "İsa Məsihin Son Günlər Müqəddəsləri" Kilsəsinin liderlərindən biri olan Cek Noel Cerard Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammiti çərçivəsində keçirilən panel müzakirədə deyib.

Onun sözlərinə görə, kilsənin kifayət qədər təşəbbüsləri var:

"Buraya enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrindən istifadə, suyun qənaəti, tullantıların azaldılması, həmçinin məbədlərimizin və ibadət evlərimizin tikintisi zamanı davamlı inkişafın təmin edilməsi üçün kifayət qədər təşəbbüsləri var".

Qonaq bildirib ki, kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə etmək, dayanıqlı kənd təsərrüfatını təmin etmək və digər ehtiyacı olanlar üçün də ərzaq təhlükəsizliyini təmin etməklə bağlı üçün təşəbbüslər var.

Cek Noel Cerard həmçinin Azərbaycanı və ölkə rəhbərliyini iqlim məsələlərinin həllində məsuliyyəti üzərinə götürdüyü üçün təbrik edib və qarşıdan gələn COP29 konfransında uğurlar arzulayıb.