"Hennessey" şirkəti yeni "Venom F5" hiperkarı istehsal edib.
"Ölkə.Az" xəbər verir ki, "SEMA" avtomobil şousunda təqdim edilən yeni model 1600 at gücündədir.
Yeni model karbon şassi üzərində yığılıb. Onun kuzovu da karbon lifindən hazırlanıb. Bu isə aerodinamik müqavimə koeffisentini aşağı salır.
Arxa ötürücülü "Venom F5" 7.4 litr həcmli, V8 tipli tvin-turbo mühərriki ilə təchiz edilib. Mühərrik 7 pilləli sürətlər qutusu ilə çalışır. Avtomobilin maksimal sürəti 482 km/saatdır. Yerindən 100 km/saat sürəti isə "Formula 1"bolidlərindən də tez yığır. Cəmi 24 nüsxə istehsal edilib. Bir modelin qiyməti 1.6 milyon dollardır.