03 noyabr 2017 22:09
1005

Bakıda inşaat işlərində 60 minə yaxın işçi çalışıb

2017-ci ilin 9 ayında Bakı şəhəri üzrə inşaat sektorunda işləyən işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 59,8 min nəfər olub.

Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,0 faiz artaraq 1065,4 manat təşkil edib.

Həmçinin ixtisaslaşdırılmış tikinti işlərində əməkhaqqı 15,6 faiz azalıb, binaların tikintisində əməkhaqqı 12,1 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların əməkhaqqı isə 13,8 faiz artıb.