Beyləqan rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək rayon üzrə 15 min 898 hektar sahədə payızlıq şum qaldırılıb. 8811 hektarda payızlıq səpin həyata keçirilib ki, onun 5668 hektarı buğda, 1295 hektarı dən üçün arpa, 368 hektarı yaşıl yem üçün xəsil arpa, 1480 hektarı təzə yoncadır. Torpaq mülkiyyətçiləri taxıl səpinini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb olunub.