03 noyabr 2017 21:21
556

Bank sektorunun icmal göstəriciləri açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən 31 bankın sentyabrın 30-na cəmi aktivləri 26,163.6 milyon manat, cəmi öhdəlikləri isə 23,145.0 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sektorun balans kapitalı 3,018.6 milyon manat, əhalinin əmanətləri 6,999.5 milyon manat olub.

Bankların filiallarının sayı 557, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,486-dır. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,340 nəfər təşkil edib.

Hazırda ölkədə fəaliyyət göstərən 123 bank olmayan kredit təşkilatlarının 178 filialında 2324 nəfər işçi çalışır.

Sentyabrın 30-na olan əsas göstəricilər bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.