07 noyabr 2024 09:09
195

Avstraliyada 16 yaşdan kiçik insanlar üçün sosial media qadağası

Avstraliya hökuməti uşaqları onlayn təhlükələrdən qorumaq üçün 16 yaşından kiçik uşaqlara sosial media qadağası qoymağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, baş nazir Antoni Albanesenin rəhbərliyi ilə təqdim olunacaq qanun layihəsi gələn həftə parlamentin gündəliyinə çıxarılacaq.

Albanese bu addımı valideynlərin övladlarının onlayn təhlükəsizliyi ilə bağlı narahatlığına cavab olaraq qiymətləndirərək, "Bu qanun valideynlər üçündür. Biz uşaqlarımızın internetdə təhlükəsiz olmasını təmin etmək istəyirik", deyib.

Məlumata görə, qanunda məsuliyyət sosial media platformalarına veriləcək və platformalardan yaş məhdudiyyətinin tətbiqi üçün ağıllı addımlar atmaq tələb olunacaq.

Qanuna əməl olunmasına Avstraliyanın onlayn tənzimləmə agentliyi, e-Təhlükəsizlik Müvəkkili nəzarət edəcək.

Baş nazirin sözlərinə görə, yalnız onlayn maarifləndirmə kifayət etmir: "Texnologiya şirkətlərinin böyük gücü var. Alqoritmlər gəncləri müəyyən davranışlara yönəldə bilər".

Məhərrəm Ağalaroğlu, “İki sahil”