07 noyabr 2024 13:12
215

ABŞ dövlət katibi vəzifəsinə namizədlər bəlli olub

Amerikalı senatorlar Marko Rubio və Uilyam Haqerti, eləcə də ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinin müvəqqəti icraçısı Riçard Qrenell Donald Trampın gələcək administrasiyasında dövlət katibi postuna namizəddirlər.

“İki sahil” xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbəyə istinadla yazır.

"Senatorlar Rubio və Haqerti, eləcə də Qrenell dövlət katibi vəzifəsinə namizəddirlər, senator Tom Kotton isə müdafiə naziri ola bilər", - nəşr bildirib.