18 iyul 2026 16:47
90

Müctəba Xameneinin ictimaiyyət qarşısına niyə çıxmadığı açıqlandı

İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ və İsraillə hərbi münaqişə davam etdiyi müddətdə ictimaiyyət qarşısına çıxmayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə TASS agentliyinə İran mənbələrindən açıqlama verilib.

"Təhlükəsizlik tədbirləri çərçivəsində zati-aliləri yaxın müddətdə ictimaiyyət qarşısına çıxmayacaq. Hökumət mövcud durumun sabitləşməsini gözləyir. Yalnız bundan sonra onun ictimai məkanlarda iştirakı mümkün olacaq", - deyə agentliyin mənbəsi bildirib.

Agentliyin məlumatına görə, ali rəhbərin cəmiyyət qarşısına çıxmaması birbaşa müharibə və təhlükəsizlik məsələləri ilə əlaqədardır.