Yaponiyada ticarət mərkəzində iki xurma təxminən 4,8 min dollara satılıb.
Buna səbəb isə məhsulun qeyri - adi şirin dada malik olmasıdır.
Əgər adi xurmanın tərkibində şəkərin səviyyəsi Briks şkalasına əsasən 16 dərəcəyə bərabərdirsə, bu meyvə sortunda bu rəqəm 18-ə bərabərdir.
Belə bir sort meyvənin ərsəyə gəlməsi üçün 11 il zaman sərf olunub və hələ keçən il satışa çıxarılıb. Bir xurmanın çəkisi 300 qrama bərabərdir.