08 noyabr 2024 11:47
186

Kobaxidze: Zurabişvilinin səlahiyyət müddəti başa çatmaq üzrədir

Prezident Salome Zurabişvili prezidentlik müddətinin qalan iki ayından maksimum yararlanmağa çalışmalıdır.

“İki sahil” “Georgiatoday”ə istinadla xəbər verir ki, bunu Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısı zamanı Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

O, prezidentin Gürcüstanın siyasətinə və milli maraqlarına təsirinin minimal olacağını vurğulayıb: “İctimaiyyət bilir ki, onun çox az vaxtı qalıb. Onun səlahiyyət müddəti hər cəhətdən tezliklə başa çatacaq. Bu iki ay keçəcək və o, daha bizim milli maraqlarımıza meydan oxumayacaq”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”