08 noyabr 2024 14:41
200

İtaliyada nəqliyyat işçiləri tətil edirlər

İtaliyada yerli ictimai nəqliyyatda 24 saatlıq milli tətil elan olunub.

“İki sahil” xəbər verir ki, bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının qərarı ilə ölkədə bütün ictimai nəqliyyat növləri üzrə işçilər tətil ediblər. Buna səbəb kimi işçilərin əmək müqavilələrinin yenilənməməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməməsi və bu sektorda islahatların aparılmaması göstərilir.

Paytaxt Romada avtobus, metro və tramvay xətlərinin hərəkətində fasilələr yaranıb. Bu, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub, ictimai nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.

Milan, Turin, Neapol, Genuya və Bolonya kimi ölkənin digər böyük şəhərlərində də nəqliyyatın hərəkətində problemlər yaranıb.

Bu, 2005-ci ildən bəri ilk böyük tətildir.