Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert proqramı təşkil edilib.
“İki sahil” xəbər verir ki, bu barədə DTX-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tədbirdə DTX-nin əməkdaşları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və Xidmətin “N” saylı hərbi hissəsinin əsgərləri iştirak ediblər.
Konsertdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda mahnıları və zəfər nəğmələri səsləndirilib.
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılıb, tələbələr digər ali məktəblərə köçürüləcək
Laçında müharibə veteranları üçün yaradılmış kiçik təsərrüfatlara mediatur təşkil edilib