08 noyabr 2024 18:10
198

TBMM sədri: Beynəlxalq təşkilatlar yenidən formalaşmalıdır

Beynəlxalq təşkilatlar yenidən formalaşmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Braziliyada G20 parlament sədrlərinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT başda olmaqla bu gün beynəlxalq təşkilatların bir çoxu öz öhdəliklərini yerinə yetirə bilmir.

N.Kurtulmuş söyləyib ki, dünyada güclü dövlətlərin hegemonluğuna son qoyulmalıdır: “Dünya kimsənin deyil. Hər kəs bərabərdir”.

TBMM sədri qeyd edib ki, dünyada yeni siyasi arxitekturaya ehtiyac var.