03 noyabr 2017 01:06
2427

Riyaziyyatçılar dünyanın ən gözəl insan tipini açıqladılar

Elm dünyasında aparılan araşdırmalar nəticəsində ən gözəl və cəzbedici üz xəttləri məlum olub.

Tədqiqatları ABŞ-ın "Temple University School of Medicine" təhsil ocağı həyata keçirib.

Məlum olub ki, üz cizgiləri və gözlərlə yanaqların nisbətinə görə ürək formasına sahib qadınlar ən gözəl qadınlardır.

Tədqiqata rəhbərlik edən Qari Linkov 55 model qadının fotolarını incələdiklərini və üz nisbətlərini təyin etməyə çalışdıqlarını bildirib. Ürək formalı üz cizgilərinə sahib qadınların daha gənc və cəzbedici göründüyü məlum olub. Eyni zamanda qeyd edilib ki, modellərin gözləri arasındakı məsafə 59.2 millimetrdir. Gözü ilə almacıq sümüyü arasındakı məsafə 13.1 millimetr olan qadınlar daha gözəl sayılırlar.

Mütəxəssislər bildiriblər ki, bu ölçülərə sahib qadınlardan Riz Uizerspun və Skarlett Yohanssonun adını çəkmək olar.