09 noyabr 2024 03:03
222

Mahir Emrelinin qol seriyası dayandı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası -  “Nürnberq” bu gün Almaniya 2-ci Bundesliqasında növbəti matçına çıxıb.

“İki sahil” xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi öz meydanında “Kayzerslautern” ilə qolsuz bərabərliyə razılaşıb.

Start "11-lik"də yer alan Mahir 73-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Emreli Bundesliqada 5 oyunda 3 qol vurub.

12 tura 18 xal toplayan “Nürnberq” 6-cı, “Kayzerslautern” isə 17 xalla 8-ci pillədə qərarlaşıb.