ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U23 dünya çempionatı davam edir.
Üçüncü yarış günündə qadın güləşçilər mübarizəyə qoşulub.
Gültəkin Şirinova (55 kq) 1/8 finalda özbəkistanlı Ulmeken Yesenbayevaya “tuş”la məğlub olub.
Günay Qurbanova (59 kq) dünya çempionatına yaponiyalı Natsuki Yamaquçi üzərində inamlı qələbəylə başlayıb – 7:1. Həmyerlimiz daha sonra türkiyəli Sevim Akbaşa tam üstünlüklə (10:0) qalib gəlib. Günay yarımfinalda argentinalı Kamila Amarillaya heç bir şans tanımayıb. Rəqibini “tuş”la üstələyən Qurbanova finalda ukraynalı Alina Filipoviçlə qarşılaşacaq.