Avstraliyada idmançı Merv Hyuz keçmiş rəqibi Yan Bothamı timsahlardan xilas edib.
“İki sahil” xəbər verir ki, 68 yaşlı britaniyalı Botham və 63 yaşlı avstraliyalı Hyuz birlikdə dörd günlük balıq ovuna çıxıblar. Onlar bir qayıqdan digərinə keçərkən, Botham gəmidəki kəndirə ilişərək timsahlarla dolu çaya düşüb.
Hyuz dərhal köməyə qaçıb və timsahlar hücum etmədən onu sahilə çıxarıb.
1980-ci illər Botham və Hyuzun karyeralarının ən parlaq dövrləri idi. O vaxt onlar tez-tez meydanda rəqib kimi qarşılaşırdılar və yalnız təqaüdə çıxanda yaxşı dost olublar. 2020-ci ildən Botham Böyük Britaniyanın Avstraliyadakı ticarət səfiridir.