09 noyabr 2024 14:47
202

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanı dəstəkləməyə davam edəcəyik

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yerləşən “Kvetta” dəmir yolu stansiyası yaxınlığında baş verən partlayışla bağlı bəyanat yayıb.

“İki sahil” xəbər verir ki,  Türkiyə XİN bəyanatında törədilən bu terror aktını ən qəti şəkildə qınadığını bildirib.

Bu qanlı hadisə ilə bağlı Pakistan xalqına başsağlığı, yaralananlara isə şəfa diləklərinin ifadə edildiyi mətndə Türkiyənin terrorla mübarizədə Pakistanı dəstəkləməyə davam edəcəyi vurğulanıb.