09 noyabr 2024 15:18
208

Qəzzada hücumlar nəticəsində 43 min 552 mülki vətəndaş həyatını itirib

Qəzza zolağında 7 oktyabr 2023-cü ildən indiyədək ölənlərin sayı 43 min 552-yə yüksəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. İndiyədək hücumlar nəticəsində 43 min 552 mülki vətəndaşın həyatını itirdiyi, 102 min 765 mülki şəxsin isə yaralandığını açıqlanıb. Məlumata görə, son 24 saat ərzində 44 mülki şəxs həlak olub, 81 nəfər isə yaralanıb. Hücumların 400-cü günündə çökən binaların dağıntıları altında hələ də mülki vətəndaşların olduğu bildirilib.