“OBA” Marketlər Şəbəkəsi 8 Noyabr Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhid əməkdaşlarının ailələrini ziyarət edib.
“İki sahil” xəbər verir ki, ziyarət zamanı şəhidlərin əziz xatirəsi yad edilib. “OBA” əməkdaşları şəhidlərin ailələrinə hər zaman qayğı və dəstək göstərməyə hazır olduqlarını bildiriblər. Yaxın qonşunuz “OBA” hər zaman sosial məsuliyyət layihələri ilə şəhidlərin xatirəsini uca tutduğunu göstərib. Marketlər şəbəkəsi şəhid ailələrinə dərin hörmət və minnətdarlığını ifadə edərək onların yanlarında olmağı əsas məqsədlərdən biri hesab edir.
Ombudsman Səbinə Əliyeva Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda iştirak edib
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib
Kimya İnstitutunun alimləri infraqırmızı şüalanmaya həssas yeni materialların xüsusiyyətlərini tədqiq ediblər
Fövqəladə Hallar Nazirliyinin avtonəqliyyat vasitələri sürücülərinə müraciəti VİDEO