Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.
"İki sahil" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 6500 m² (hər mərtəbəsi 1300 m²) olan beşmərtəbəli obyektin birinci mərtəbəsində yerləşən sahəsi 80 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan “Nissan” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri, 30 paq.m elektrik kabeli və 8 ədəd qoruyucu açar yanıb.
Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür
“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək