"Mançester Siti"nin futbolçusu Erlinq Holann İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
“İki sahil” xarici mətbuata istinadən xəbər verir ki, hücumçu buna XI turda "Brayton"la oyunda fərqlənməklə nail olub. 23-cü dəqiqədə adını tabloya yazdıran forvard Premyer Liqa tarixində 75 qola ən tez çatan oyunçudur. Norveçli futbolçu bunu 77 matçda bacarıb. Qeyd edək ki, "Mançester Siti" səfərdə "Brayton"a uduzub - 1:2.