02 noyabr 2017 19:59
521

Bu ilin 9 ayında Bakı şəhərində bir sıra obyektlər istifadəyə verilib

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində bir sıra mühüm obyektlər istifadəyə verilib.

Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində Balaxanı Sənaye Parkı, Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik stansiyası, eləcə də Pirşağı-Novxanı və Binəqədi-Novxanı avtomobil yolunun tikintisi başa çatdırılıb.